Məzmuna keç

“Azercell Telecom” spirtli içki istehsal edən şirkəti məhkəməyə verdi

Gəncə İnzibati-İqtisadi Məhkəməsində “Azercell Telecom” MMC-nin cavabdeh “Kristal Plyus” MMC-yə qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə baxılıb. 

Gəncə İnzibati-İqtisadi Məhkəməsində “Azercell Telecom” MMC-nin cavabdeh “Kristal Plyus” MMC-yə qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə baxılıb.

E-huquq.az xəbər verir ki, iddiaçı “Azercell Telecom” MMC cavabdeh “Kristal Plyus” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 595 manat xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 625 manat vəsaitin “Azercell Telecom” MMC-nin xeyrinə məcburi tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.

Məhkəmə iş üzrə materialları nəzərdən keçirərək, iddianın təmin edilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, “Kristal Plyus” MMC əsasən spirtli içki istehsalı ilə məşğuldur.