Qubada ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücünün istintaqı başa çatdı


  • 28 Noyabr 2023 18:09

Qubada ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Azər Xantəmirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan cinayət işi materialları baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib.

Hakim Aydın Babayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Quba-Xaçmaz yolunun Quba rayonu, Zərdabi qəsəbə ərazisindən keçən hissəsində qeydə alınıb. 1968-ci il təvəllüdlü Azər Xantəmirovun idarə etdiyi “Mercedes” markalı avtomobillə 1986-cı il təvəllüdlü Firuz Yusifovun idarə etdiyi "Vaz 2107" markalı avtomobil toqquşub. Nəticədə Firuz Yusifov aldığı xəsarətdən hadisə yerində ölüb. A.Xantəmirova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər