Ali Məhkəmədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Albert Tahirovun barəsində olan bəraət hökmündən dövlət ittihamçısı tərəfindən verilən kasassiya protestinə baxılıb.
E-huquq.az-ın məlumatına görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığıbəraət hökmü ləğv edilib, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilib.
Xatırladaq ki, hadisə 14 may 2018-ci ildə Sumqayıt şəhərində baş verib. A.Tahiroviçin idarə etdiyi avtomobil yol polisi əməkdaşı Bağırzadə Xəyyam Yusif oğlunun sürdüyü avtomobillə toqquşub.
Nəticədə X.Bağırzadə dünyasını dəyişib.
A.Tahiroviçə Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 5 il məntəqə tipli cəza verilib. Sumqayıt Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxs barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmü ləğv edib. Yeni hökmə əsasən, ona şəxsə bəraət verilib.
