Məzmuna keç

Kredit borcu ilə bağlı tələblərə hansı məhkəmələrdə baxılacaq?

Məhkəmələrdə kredit borcu ilə bağlı mübahisələr çoxluq təşkil edir

Xəbər verdiyimiz kimi, dövlət başçısının 19 iyul 2019-cu il tarixli Sərəncamı ilə mövcud inzibati-iqtisadi məhkəmələr ləğv edilməklə yeni Kommersiya və ayrıca İnzibati məhkəmələr yaradılıb. Onlar 2020-ci ilin yanvar ayının 1-dən fəaliyyətə başlayıb. Nəzərə alaq ki, məhkəmələrdə kredit borcu ilə bağlı mübahisələr çoxluq təşkil edir. Belə olan halda bank nümayəndələri bankların hüquqi şəxslərə qarşı kredit borcuna hansı məhkəmədə baxılacağı ilə bağlı çoxsaylı suallar ünvanlayırlar.

E-huquq.az vəziyyətə aydınlıq gətirmək üçün Ədliyyə Nazirliyinə sorğu göndərib. Nazirlikdən bildirilib ki, kredit və digər borclarla bağlı mübahisələrə bir qayda olaraq, Kommersiya məhkəmələrində baxılacaq.