Bakı Şəhəri Binəqədi Rayonu Xocəsən Bələdiyyəsinə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, bələdiyyə barədə İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə araşdırılacaq.
Protokol təsdiq olunarsa, bələdiyyə üç yüz manat məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
