Bakıda mağazalardan oğurluq etməkdə təqsirləndirilən Fəqan Allahverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Hakim Anar İbadzadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Ucar rayon sakini Fəqan Allahverdiyev paytaxtdakı mağazaların birindən 4 ədəd noutbuk, digər mağazadan isə oradakı işçinin 1300 manat dəyərində mobil telefonunu oğurlamaqda təqsirləndirirlir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
