"Araz Supermarket" MMC barədə inzibati protokol tərtib olunub.
E-huquq.az xəbər verir ki, marketlər şəbəkəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Anar İbadzadənin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, İXM-nin bu maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
Şəbnəm Mehdizadə
