"Gəncə Naftalan Sağlamlıq Mərkəzi" 25 min manatadək cərimələnə bilər


  • 4 Mart 17:24

"Gəncə Naftalan Sağlamlıq Mərkəzi" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, Mərkəz barədə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Gəncə Şəhər Məhkəməsində hakim Orxan Cəfərlinin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, “Gəncə Naftalan Sağlamlıq Mərkəzi” iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər