"Avromed" QSC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nəsimi Rayon məhkəməsinə göndərilib.
İşə hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa "Avromed" min beş yüz manat məbləğində cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
