"Akkord Sənaye Tikinti İnvestisiya Korposasiyası" ASC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib edilib.
Protokol Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə araşdırılacaq.
Protokol təsdiq olunarsa, "Akkord Sənaye Tikinti İnvestisiya Korposasiyası” inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
