Məzmuna keç

Pakistan vətəndaşını maşınla vurub öldürməkdə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Fəxri Cəfərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Hakim Günel Əkbərlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Belə ki, Fəxri Cəfərov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Pakistan vətəndaşı Cahangir Xanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Fəxri Cəfərova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə