Kliniki Tibbi Mərkəz publik hüquqi şəxsi məhkəməyə verilib.
E-huquq.az xəbər verir ki, "Azerfon" MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edərək xəstəxanaya qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə tələb irəli sürüb.
İddia hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasınıın vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
