Məzmuna keç

Tərtərdə həmkəndlisini bıçaqlayan şəxs 8 il azadlıqdan məhrum edildi

Tərtərdə həmkəndlisinə bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Süleyman Camalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Süleyman Camalova Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə isə 2 il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilib. CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs qəti olaraq 8 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Tərtər rayonu, Səhləbad kəndi ərazisində baş verib. Belə ki, Süleyman Camalov münaqişə zəminində həmkəndlisi Azər Əhmədova bıçaqla xəsarət yetirib.

Şəbnəm Mehdizadə