Bakıda vətəndaşa qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Vüqar Məmmədov və Ceyhun Bəylərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, cinayət işinə Yasamal Rayon Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri, 2001-ci il təvəllüdlü Vüqar Məmmədov və 1992-ci il təvəllüdlü Ceyhun Bəylərov paytaxtın Yasamal rayonu ərazisində Bahadur Abdullayevin 200 manat dəyərindəki mobil telefonunu soyğunçuluq yolu ilə əlindən almaq təqsirləndirilirlər. Onlara qarşı Cinayət Məcəlləsinin 180.1.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
