Məzmuna keç

Lənkəranda mal-qara oğurlamaqda təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılır

Lənkəranda mal-qara oğurlamaqda təqsirləndirilən Ramil Əliyev, Anar Sarxanov və Rövşən Mehtiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Hakim Murad Aslanovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı həllik məlum deyil.

Qeyd edək ki, DİN-in məlumatına görə, əvvəllər də məhkum olunmuş adıçəkilən şəxslər Kərgəlan, Şağlakücə, Haftoni və Ləj kəndlərindəki örüşlərdən müxtəlif vaxtlarda 17 nəfərə məxsus mal-qaranı oğurlayıblar. Həmin şəxslər örüş sahələrindən oğurladıqları mal-qaranı müxtəlif rayonların ərazisindəki heyvan bazarlarına apararaq orada satıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə