Məzmuna keç

Bakıda ölümlə nəticələnən yol qəzası ilə bağlı məhkəmə başlayır

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Süleyman Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.

Hakim Ünsüyyət Mirzəyevanın sədrliyi keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Binə dairəsində qeydə alınıb.1980-ci il təvəllüdlü Süleyman Bağırovun idarə etdiyi "Toyota Prius" markalı avtomobil "Tata" markalı yük avtomobilinə çırpılıb. Nəticədə "Toyota Prius"dakı sərnişin, 2001-ci il təvəllüdlü Ramilə Əlizadə aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə