Saatlıda tanışını bıçaqlamaqda təqsirləndirilən Pünhan Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Xamməd Nuriyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Pünhan Vəliyev tanışı, İmişli rayonunun Qaraqaşlı kənd sakini, 1970-ci il təvəllüdlü İmanov Razim Alı oğlunu mübahisə zəminində bıçaqlamaqda təqsirləndirilir. R.İmanov Şirvan şəhər xəstəxanasına yerləşdirilib. P.Vəliyevə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
