Məzmuna keç

56 yaşlı kişini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda adam öldürməkdə təqsirləndirilən Bəhriş Fərəcovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası martın 12-nə təyin olunub.

Qeyd edək ki, 1971-ci il təvəllüdlü Bəhriş Fərəcov paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı 1967-ci il təvəllüdlü Vidadi Əliyevi bıçaqlayaraq öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə