"Mazarina Trade Company" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 326-cı (Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Anar İbadzadənin icraatına verilib.
Protokol təsdiq olunarsa, şirkət iki min manatdan üç min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
