Məzmuna keç

Mağazadan oğurluq etməkdə təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılır

Abşeronda mağazadan oğurluq etməkdə təqsirləndirilən Əli Məmmədov və Rövşən Qafarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilib.

İş hakim Tural Ələkbərovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının martın 27-də keçiriləcək.

Qeyd edək ki, rayonun Yolqulular kənd sakini, əvvəllər məhkum olunmuş Əli Məmmədov və Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Qafarov Goranboyun Qaradağlı kəndində yerləşən ərzaq mağazasına qeyri-qanuni yolla daxil olaraq oradan 250 manat nağd pul, 2000 manat dəyərində tütün və ərzaq mallarını oğurlamaqda təqsirləndirilir. Şübhəli şəxslərin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Ə. Məmmədovun 2023-cü ilin fevral ayında həmkəndlisinin evinə qeyri-qanuni yolla daxil olaraq oradan 200 ABŞ dolları və 204 manat nağd pul oğurladığı da məlum olub. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə