Bakıda adam öldürməkdə təqsirləndirilən Həsənağa Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Azər Tağıyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 1995-ci il təvəllüdlü Həsənağa Əliyev aralarında yaranmış mübahisə zamanı 1999-cu il təvəllüdlü İzmir Savadovu öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
