Məzmuna keç

“Bakı Kristal Zalı” cərimə oluna bilər

"Bakı Kristal Zalı" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. İş hakim Günel Səmədovanın icraatına verilib.

Protokol təsdiq olunarsa, "Bakı Kristal Zalı" on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə