Lökbatanda avtomobillərdən oğurluq etməkdə təqsirləndirilən Bəxtiyar Mikayılovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.
Hakim Teymur Qurbanovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki,Hacıqabul rayon sakini Bəxtiyar Mikayılov Qaradağ rayonunun Lökbatan qəsəbəsində olan “Ford” və “Mercedes” markalı 3 avtomobildən və bir nəfərdən ümumilikdə 4 ədəd mobil telefon oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
