Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Firudin İsrəfilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Samir Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 1998-ci il təvəllüdlü Firudin İsrəfilov Xətai rayonu, Mehmandarov küçəsində yerləşən mağazada münaqişə zəminində 2001-ci il təvəllüdlü Cümşüd Hacıyevi bıçaqlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
