- 20:12
"Gəncə Maşınqayırma Zavodu" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, zavod barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Gəncə Şəhər Məhkəməsində hakim Orxan Cəfərlinin sədrliyi ilə baxılacaq. Məhkəmənin baxış iclası martın 28-nə təyin olunub.
Protokol təsdiq olunsa, "Gəncə Maşınqayırma Zavodu” min beş yüz manat məbləğində cərimə ediləcək.
Şəbnəm Mehdizadə