Ağsuda oğurluq etməkdə təqsirləndirilən Qahir Eyvazovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərilib.
Hakim Anar Əsəgrovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Ağsunun Yenilik kəndində çoban işləyən Q.Eyvazov nobatda olarkən kənd sakinlərinə məxsus heyvanları oğurlayaraq ayrı-ayrı şəxslərə satmaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
