Məzmuna keç

“Syneergy Medical” 2 min manatadək cərimələnə bilər

"Syneergy Medical" MMC-yə cərimə olunub.

E-huquq.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 198.3-cü (Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulması) ilə inzibati protokol tərtib olunub.

Protokol Gəncə Şəhər Məhkəməsində hakim Elxan Əlizadənin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin baxş iclası martın 28-də keçiriləcək.

Protokol təsdiq olunarsa, “Respublika Diaqnostika Mərkəzi” min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə