Bakıda soyğunçuluq etməkdə təqdirləndirilən şəxsin məhkəməsi başlayır


  • 15 Mart 2024 17:30

Bakıda soyğunçuluq etməkdə təqdirləndirilən Fərid Yaqubovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materialar baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilib.

Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası martın 27-nə təyin olunub.

Qeyd edək ki, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Yaqubov Səbail rayonu ərazisində bir nəfərin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər