Məzmuna keç

Bakıda vətəndaşa qarşı soyğunçuluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayır

Bakıda vətəndaşa qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Tohid Məmmədov və İsmayıl Qəhrəmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Tohid Məmmədov və 1999-cu il təvəllüdlü İsmayıl Qəhrəmanov paytaxtın Yasamal rayonu ərazisində sərxoş vəziyyətdə olan vətəndaşın mobil telefonunu soyğunçuluq yolu ilə almaqda təqsirləndirilirlər. Onlara qarşı Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə