Göyçayda qonşusunu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır


  • 18 Mart 17:22

Göyçayda qonşusunu öldürməkdə təqsirləndirilən Abbas Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Xaliq Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Əliyev Abbas Yasin oğlu şəxsi münasibətlər zəminində qonşusu, 1989-cu il təvəllüdlü Kərimov Şahmar Rəşid oğlu öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər