Piyadanın ölümündə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır


  • 18 Mart 17:40

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vidadi Rüstəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

Hakim Rəfail Sadıxovun sədrliyi keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. Belə ki, Rüstəmov Vidadi Dəmir oğlu idarə etdiyi “Nissan Sunny” markalı avtomobillə piyada Məmmədov Səxavət Şahmar oğlunu vurub. Xəstəxanaya yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər