Gəncədə bacısını öldürməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatdı


  • 18 Mart 17:49

Gəncədə bacısını öldürməkdə təqsirləndirilən Əli Allahverdizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Hərbi Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası aprelin 4-nə təyin olunub.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Əli Allahverdizadənin aralarında yaranmış mübahisə zamanı bacısı, Gəncə şəhər sakini, 2001-ci il təvəllüdlü Pəri Allahverdizadəni öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər