Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücünün məhkəməsi başlayır


  • 18 Mart 17:57

Balakəndə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Şaban Çalabovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilib.

Hakim Zamin Tahirovun sədrliyi keçiriləcək məhkəmənin hazırlıq iclası aprelin 2-nə təyin olunub.

Qeyd edək ki, yol qəzası Yevlax-Zaqatala-Gürcüstan magistralının Balakənin Katex kəndindən keçən hissəsində baş verib. 29 yaşlı Balakən rayon sakini Şaban Çalabovun idarə etdiyi “Mitsubishi” markalı avtomobil yolun kənarında dayanan traktorun qoşqusuna çırpılıb. Qəza nəticəsində sürücününü 28 yaşlı qardaşı Əli Çalabov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Maşındakı digər sərnişin, sürücünün atası 63 yaşlı Rəcəb Çalabov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ş.Çalabova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər