Qardaşını öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır


  • 18 Mart 18:07

Bakıda qardaşını öldürməkdə təqsirləndirilən Bayram Fətəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü Bayram Fətəliyev Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı qardaşı 1965-ci il təvəllüdlü Vasif Fətəliyevi öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər