- 17:50
"Bu gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Sadıqov Eyvaz İlham oğlunun (şərti ad) barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi barədə tərəfimdən müdafiəçi qismində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə vəsatət verilib".
Bu barədə e-huquq.az-a vəkil Bəxtiyar Hacıyev məlumat verib.
O bildirib ki, şəxsin həbsdə saxlanılması üçün prosessual əsaslar mövcud olmadığına görə məhkəmə tərəfindən ədalətli qərar qəbul edilərək şəxs ev dustaqlığına buraxılıb: "Hesab edirəm ki, bu müqəddəs ayda belə bir hadisənin baş verməsi, bir şəxsin ailəsinə qovuşdurulması və bir vəkil kimi ədalətli məhkəmə qərarına nail olmaq ən xoş hadisədir. Bundan sonra isə ümid edirəm və inanıram ki, istintaq orqanı qəbul edilmiş qərardan apellyasiya protesti verməyərək məhkəmənin tutduğu qanuni və ədalətli mövqeyə adekvat cavab vermiş olacaq".