Ağstafada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Mehman Musayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilib.
İş hakim Zamiq Rəsulovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə rayonda Bayraq Meydanının qarşısında qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ markalı iki minik maşını toqquşması nəticəsində 1965-ci il təvəllüdlü Mehman Musayev, 1986-cı il təvəllüdlü Könül Musayeva və 1996-cı il təvəllüdlü Anar Əsgərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. M.Musayevə qarşı Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
