Məzmuna keç

Piyadanın ölümündə ittiham olunan sürücünün məhkəməsi başlayır

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Elgün Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Vüqar Quliyevin sədrliyi keçiriləcək məhkəmənin hazırlıq iclası aprelin 3-nə təyin olunub.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Kərimov Elgün Elçin oğlu "Rang Rover" markalı avtomobillə Binəqədi rayonu, Pirşağı qəsəbəsi, M.Mirqasımov küçəsi ilə hərəkətdə olduğu zaman idarəetməni itirərək, piyada – 1979-cu il təvəllüdlü Abbasov Raqif Çingiz oğlunu vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə