Məzmuna keç

Bərdədə adam bıçaqlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Bərdədə adam bıçaqlamaqda təqsirləndirilən Şahbaz Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Roman Ələkbərlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Şahbaz Məmmədov münaqişə zəminində 1997-ci il təvəllüdlü Bakı şəhər sakini İlyasov Əmrah Asif oğlunu bıçaqlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə