Gədəbəydə elektrik naqillərini oğurlamaqda təqsirləndiriliən şəxslərin məhkəməsi başlayır


  • 27 Mart 10:01

Gədəbəydə oğurluq etməkdə təqsirləndirilən Ülfət Abbasov, İsmət Allahverdiyev və Ramin Şükürovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilib.

Hakim Marif Kazımovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Gədəbəy rayon sakini İsmət Allahverdiyev yaxın tanışları, Ramin Şükürov və Ülfət Abbasov ilə birlikdə Qarıkənd kəndində elektrik dirəklərinin yanında saxlanılan ümumi uzunluğu 408 metr olan elektrik naqillərini gizli yolla oğurlamaqda təqsiləndirilir. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər