"Ailə Park" cərimələnə bilər


  • 27 Mart 16:36

"Ailə Park" QSC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü(Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsi) maddəsi ilə protokol tərtib olunub.

Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Gültəkin Əsədovanın icraatına verilib.

Protokol təsdiq olunarsa, şirkət üç min manat məbləğində cərimə edilə bilər.

Məhkəmənin baxış iclası aprelin 4-də keçiriləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər