"Bakubus"a cərimə yazıldı


  • 27 Mart 16:38

"BakuBus" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MMC barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Sabunçu Rayon Məhkəməsində hakim Nərminə Rzayevanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "BakuBus" min beş yüz manat məbləğində cərimə ediləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər