Xaçmazda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır


  • 27 Mart 16:35

Xaçmazda tanışını qətlə yetirməkdə təqsirləndirilən Oruc Nəsrullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Elçin Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1969-cu il təvəllüdlü Oruc Nəsrullayev ötən ilin noyabr ayında Xaçmaz rayonu, Xudat şəhəri ərazisində, avtomobil yolunun kənarında aralarında yaranmış mübahisə zamanı tanışı 1987-ci il təvəllüdlü Samir Alxasovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər