"Olimp-Hospital"a cərimə yazıldı


  • 27 Mart 17:06

"Olimp-Hospital" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, hospital şirkət barəsində İnzibati Xətalar Məclləsinin 491.1-ci maddəsi (gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsi) inzibati protokol tərtib olunub.

İşə Xəzər Rayon Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, hospital inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər