"Oba Market" 15 min manatadək cərimələnə bilər


  • 27 Mart 17:15

"Oba Market" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, marketlər şəbəkəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 266.2-ci (Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. İş hakim İlham Cəfərzadənin icraatına verilib.

Protokol təsdiq olunarsa, "Oba Market" on min manatdan on beş min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər