Yanacaqdoldurma məntəqəsindən oğurluq edən şəxsin istintaqı yekunlaşıb


  • 27 Mart 17:17

Sumqayıtda oğurluq etməkdə təqsirləndirilən Hüseyn Nurəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

Hakim Samir İsmayılovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Nurəliyev müxtəlif vaxtlarda şəhər ərazisində iki mağazadan və bir yanacaq doldurma məntəqəsindən ümumilikdə 1600 manatdan çox pul oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər