Xarici vətəndaşa narkokuryerlik etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır


  • 27 Mart 17:27

Əcnəbi vətəndaşa narkokuryerlik etməkdə təqsirləndirilən İlqar Əmənullayevun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Xamməd Nuriyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Lənkəran rayon sakini İlqar Əmənullayevin əlində olan torbaya keçirilən baxış zamanı 630 qram tiryək, 100 qrama yaxın metamfetamin və 600 qramdan artıq olan marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı İ.Əmənullayev sosial şəbəkə vasitəsilə tanış olduğu iranlı narkotacirə narkokuryerlik etdiyini etiraf edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər