Bakıda evlərdən oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır


  • 28 Mart 14:56

Bakıda evlərdən oğurluq etməkdə təqsirləndirilən Mahir Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.

Hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mahir Əhmədov Binə qəsəbəsində 4 evdən ümumilikdə 3200 manat pul və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər