"Qaradağ Şüşə Zavodu" barəsində inzibati protokol tərtib olundu


  • 28 Mart 15:59

"Qaradağ Şüşə Zavodu"na cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, zavod barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, zavod min beş yüz manat məbləğində cərimə ediləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər