"Zeytun Pharmaceuticals" cərimələnə bilər


  • 29 Mart 14:16

"Zeytun Pharmaceuticals" MMC barədə cərimə protokolu tərtib olunub.

E-huquq.az-ın məlumatına görə, apteklər şəbəkəsi haqqında İnzibati Xətalar Məcəlləsinin 452.1-ci (Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib və iş hakim Abusət Qasımovun icraatına verilib.

Protokol təsdiq olunsa, "Zeytun Pharmaceuticals" yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər