Sabirabad Rayon İcra Hakimiyyəti barədə protokol tərtib olunub


  • 29 Mart 14:26

Sabirabad Rayon İcra Hakimiyyətinə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, icra hakimiyyəti barədə İnzibati Xətalar Məcəlləsnin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib.

İş hakim Nurəddin Bağırovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, bu xətaya görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər